![](https://cdn.bitrix24.eu/b8212329/landing/609/6098707dba05ad9a9cdbe060b56952a2/leonardo-album-cover-01_1x.jpg)
KURSLAR
Beş əsas Leonardo kursu
1 №-li LEONARDO KURSU
“UÇUŞ”
![](https://cdn.bitrix24.eu/b8212329/landing/5c0/5c026af9d1fbcf35efc772b274e937fd/1_1x.jpg)
LEONARDO ART SCHOOL hər bir şagirdinin hərtərəfli yaradıcı inkişafı üçün yeni səviyyə yaradır.
“UÇUŞ” kursu LEONARDO ART SCHOOL-a yeni qoşulanlar üçündür.
Kurs şagirdlərin obrazlı düşünməsinin qorunub-saxlanması və inkişafına, divergent təfəkkürünün inkişafına və daxili yaradıcı potensialının açılmasına yönləndirilib.
OBRAZ – bu, görünüş, xarici görünüş, həmçinin predmet və maddi aləmin şüurda təzahürlərinin əks edilməsinin nəticəsi, onun əyani təqdimatıdır.
OBRAZLI DÜŞÜNMƏ reallığın obrazlar şəklində təsvir edilməsi prosesidir (görünüş, səs, qoxu, toxunula bilən...), məntiqi düşünmədən fərqli olaraq reallığın mülahizə və anlayışlar formasında əks olunduğu predmetlərlə təxmin edilən praktik hərəkətlər və əyani-effektiv düşüncədən fərqli hallar. Predmetlərin rəsmləri ilə iş vəziyyəti və ya tapşırığı vizuallaşdırmağa və anlamağa, sonrasında isə onu sürətlə və düzgün həll etməyə kömək edir. Obrazlı düşüncə hamıya lazımdır: dizaynerlərə, rəssamlara, yazıçılara, ixtiraçılara, alimlərə, marketoloqlara, sahibkarlara...
Leonardo məktəbinin tətbiqi sənət dərsləri obrazlı düşüncə və onun yüksək səviyyəyə keçidi üzərində işləyir. Bu, “yeniliklərin yaradılması” adlanan xüsusi rəssamlıq vəziyyətidir ki, burada şagird obrazı hazır şablon üzrə deyil, öz anlayışına uyğun olaraq tamamlayır.
“UÇUŞ” kursuna daxildir:
- akademik rəsmin əsas anlayışları: rəng, çalar, ölçülər, işıq-kölgə, məkan, kompozisiya, xətt, ləkə, kölgə nəzəriyyəsi, perspektivin qayda və qanunları, həcm, ritm;
- rəsm, qrafika, illüstrasiya (karandaş, quaş, pastel, kömür);
- barmaqlar, ovuclarla, digər qeyri-adi metodlarla çəkilmiş şəkillər;
- müxtəlif formatlı kağız, şənlik və əyləncələrin təşkil edilməsi üçün karton, suvenir və s-dən applikasiyalar.
Obrazlı düşünmək aşağıdakı səbəblərə görə vacibdir:
- hər cür tapşırığı həll etmək, bu, demək olar ki, bütün vəziyyətləri vizuallaşdırmağa və həll yolunu asanlıqla tapmağa imkan verir;
- həm həyatda, həm də incəsənətdə gözəl və eybəcərə qarşı əxlaqi-estetik həssaslığın formalaşdırırır;
- uşaqların təhsilində əyaniliyi inkişaf etdirir;
- obrazlı yaddaş və obrazlı kompozisiya inkişaf edir.
2 №-li LEONARDO KURSU
“FANTAZİYA VƏ TƏXƏYYÜL”
![](https://cdn.bitrix24.eu/b8212329/landing/461/461150fb5c98e2115a68a32b5b53458c/2_1x.jpg)
Yeni, əvvəllər mövcud olmamış nəyisə yaratmaq insan şüuru üçün əsl sınaqdır. Amma bu qabiliyyət insanlarda çox nadir hallarda müşahidə edilir, çünki ümumtəhsil məktəbləri onu qətiyyən inkişaf etdirmirlər. Axı yaradıcı olmaq müasir iqtisadiyyatın ən çox tələbat olan resursudur!
Yaradıcı istedada malik insanlara bütün sahələrdə tələbat var (elm, istehsalat, biznes, reklam, tibb, dəb, təhsil, mədəniyyət və b.) Elmi kəşflər, yeni mal və xidmətlər, uğur qazanmış müəssisələr (şirkətlər, layihələr) – bunlar hamısı standartlardan kənar düşünməyi, istənilən hala yeni yanaşma və standartdan kənar həll tapmağı bacaran yaradıcı insanların fəaliyyətlərinin məhsuludur.
Yaradıcılığa, fantaziya qurmağa, şəxsiyyətin standartlardan kənar təzahürlərinə qabiliyyəti uşaq yaşlarından tərbiyə etmək lazımdır. 6-17 yaş aralığı beyinin neyroplastikliyinin ən yüksək olduğu dövrdür, uşağın bu yaşda öyrəndikləri beyninə həmişəlik “həkk olunur”!
LEONARDO ART SCHOOL kursunun “FANTAZİYA VƏ TƏFƏKKÜR” dərslərində məkan-obraz təfəkkürü, dünyanı üçölçülü, rəngli, zaman və məkana uyğun dəyişən təsəvvür edə bilmək qabiliyyəti inkişaf etdirilir. Hətta real olmayanları dərketmə də var.
Şagirdlər çox maraqlı və faydalı biliklərə sahib olurlar: karandaşla şəkil çəkmək, yağlı boya ilə nəqqaşlıq, kağız işi, naxış vurma. Onlar yumşaq oyuncaq tikməyi öyrənə, rəssam ola, teatr aktyoru və ya onun sahibi rolunda çıxış edə bilərlər. Fantaziyanın yüksəlişi burada yerinə düşür və hətta alqışlanır!
3 №-li LEONARDO KURSU
“ŞEDEVRLƏR ALƏMİ”
![](https://cdn.bitrix24.eu/b8212329/landing/31f/31fa8b556a21313227e543ad4b34e2d8/3_1x.jpg)
Kurs Leonardo Da Vinçi, Mikelancelo, Rembrant, Van Qoq, Pikasso, Salvador Dali, Kandinski kimi dahilərin adları toplanmış qısa incəsənət tarixi və incəsənət tarixindəki ən görkəmli janr/tərzləri özündə birləşdirən qısa tarixdən ibarətdir. Şagirdlərimiz onların rəssamlıq texnikası barədə öyrənir, bu insanların niyə dünyada belə məşhur olduqalarını və dünyaya nələr bəxş etdiklərini anlayırlar.
Möhtəşəm dahilər. Parlaq şəxsiyyətlər. Bu misilsiz ustaları nə birləşdirir? Bu dahilərin iki əsas fərqləndirici xüsusiyyəti var: onlar incəsənətdə yeniliklər ediblər (mövzular, üsullar, aksentlər) və emalatxanalarında tətbiqi sənətin öyrədilməsinin yeni peşəkar metodikasını yaradıblar.
Misilsiz ustaların əsərlərini öyrənmək və incəsənətin qısa tarixini bilməyə, rəssamların texnika və tərzlərinin öyrənilməsinə xeyli vaxt sərf etmək lazımdır. Şagird rəngləridən məharətlə istifadə etməyi və onları qarışdırmağı bacarmalıdır. Tədricən o, birbaşa rəssamlıq və nəqqaşlıqla məşğul olmağa başlayır, dahi pedaqoqların əsərlərini sadəcə təqlid etmir, onları yenidən işləyir, yeni metaforalarla zənginləşdirir.
Böyük Donatellodan incəsənəti öyrənməyin ən yaxşı yolunun hansı olduğunu soruşanda o, həmişə deyərdi: “İncəsənətdə etmək və etdiyini dəyişdirmək püxtələşmək deməkdir”. Biz 3 №-li LEONARDO kurslarında məşhur ustalarıın dəst-xətlərini öyrənərkən bu qaydaya əməl edirik.
“ŞEDEVRLƏR ALƏMİ” kursunda şagirdlər qrafikanı, nəqqaşlığı və incəsənətin digər növlərini dahi ustaların əsərlərindən öyrənirlər.
Vacibi üçqat nəticə əldə etməkdir:
- TAM MƏNZƏRƏNİ GÖRMƏK: dünya incəsənəti tarixini 1 kursda öyrənirik, bu özü özlüyündə artıq qiymətsizdir!
- METODOLOJİ GÖRMƏK: dahi ustaların metod və janrlarının öyrənilməsi, bu, şagirdin xəyallar aləmini müxtəlifləşdirmək deməkdir,
- DAHA ÇOX VƏ DAHA UZAQ GÖRMƏK: şedevrləri “dəyişdirmək” və “tamamlamaq” yolu ilə yeni baxışın yaradılması. Bu, artıq yüksək yaradıcılıq səviyyəsidir!
4 №-li LEONARDO KURSU
“SKETÇİNQ”
![](https://cdn.bitrix24.eu/b8212329/landing/231/231f5a7ca343cd4e8c761c7c5b2dbce5/4_1x.jpg)
4 №-li LEONARDO kursu rəssamlığa və rəssamlıq metodlarına həsr olunub, burada şagirdlər adi şeylərdən böyük şeylər, gülməli olandan ciddi, ciddidən isə gülməli şeylər yaratmağı öyrənirlər. Dudl – bu, insanın diqqətinin başqa yerə yönəldiyi vaxtda çəkilən şəkildir. Karakuli – bunlar sadə şəkillərdir, konkret reprezentativ mənaya malik ola və ya təsadüfi, abstrakt xətt və formalardan təşkil edilə bilərlər, bir qayda olaraq qələmi kağızdan aralamadan çəkilən şəkillərdir, adətən belə hallarda onları karakulilər adlandırırlar. Şəkil çəkmə və karakulilər adətən kiçik uşaqlar və körpələrlə assosiasiya olunurlar, çünki onlarda əl və gözlərin koordinasiyası olmur. Əqli inkişafın hələ zəif olması bütün kiçik uşaqlara predmetin şəklini ştrixlər daxilində boyamaq cəhdlərinə mane olur.
Buna baxmayaraq belə davranışı tez-tez böyüklərdə də müşahidə etmək mümkündür, belə rəsmlər əhvalın yüksək olduğu vaxt, bikarlıqdan edilir. Karakulinin tipik nümunələrinə məktəb dəftərlərində, şagirdlərin xəyala dalarkən çəkdikləri şəkillərdə rast gəlmək olar.
Səfərin canlı təəssüratını, qeyri-adi vəziyyəti və ya yaddaqalan simanı sonradan xatırlamaq üçün anı yaxalamaq və yaddaşda saxlamaq istəyi insanın çox səciyyəvi xüsusiyyətidir. Agıla gələn ilk fikir Hötenin növbəti sözləridir: “Zaman, dur, keçmə, sən nə gözəlsən!” Elə buna görə sürətli rəsmçəkmə texnikası, hətta eskiz sketçinq adı ilə məşhurdur.
Əsrlərin dərinliyindən gələn sənət. Sketçinq sənəti insanlara ta qədimdən məlumdur. Axı ilk insanların Altamir və Lasko mağaralarının divarlarında çəkdikləri şəkillər də eskizlərdir, həm də çox məharətlə çəkilmiş və ifadəli eskizlər. Leonardo Da Vinçi, Bottiçelli və Mikelancelo da eskizin görkəmli ustaları olublar. XX əsr sketçinq sənətinə yeni nəfəs verdi. Dizaynın, model biznesinin yaranması və inkişafı bu fəaliyyət sahəsinin peşəkarlarından öz yaradıcı ideyalarını sürətlə ifadə etmək tələb edirdi, zamanla bu, onlar üçün mühim zərurətə çevrildi. Axı istənilən dizayn-layihənin başlanğıcı eskizdir. Amma sketçinqlə məşğul olmaq darprofilli sahələrin sərhədlərini sürətlə aşdı. Müasirlərimizin əksəriyyəti həyatlarının maraqlı anlarını çəkməyə can atırlar, küçə səhnələrini, turist səfərləri barədə hekayələri. Bu, heç təəccüblü deyil, sürətli rəsm çəkmə texnikası öz yaradıcı xüsusiyyətlərini, müşahidə qabiliyyətini, əsas olanı görə bilmə bacarığını inkişaf etdirməyin əla yoludur. Sketçinq dərhal, bir neçə ştrixlə obrazı təsvir etməyə, xarakteri göstərməyə, təsvir edilən süjet və ya modelin mahiyyətini dərhal dərk etməyə imkan verir.
Biz sürətli çəkilən şəkli eskiz adlandırırıq. Onu hər kəs öyrənə bilər, texnikası çətin deyil, amma onun yollarını öyrənən hər kəs bundan sonsuz həzz ala və faydalana bilər. Bundan əlavə, sizə sketçinq üçün lazım olacaq: albom və ya bloknot, karandaş, qələm, flomasterlər, təbaşir (rəssamın seçiminə görə).
Sketçinq sənətinin köməyi ilə LEONARDONUN 4-cü kursu əsl yaradıcı üçün vacib olan yaradıcı intellektdə sürət və davamlılıq mövzusuna toxunur.
5 №-li LEONARDO KURSU
“MEMARLIQ VƏ DİZAYN”
![](https://cdn.bitrix24.eu/b8212329/landing/a3b/a3b08aa3137040f52003d872bbaf9472/5_1x.jpg)
”MEMARLIQ VƏ DİZAYN” adlanan 5 №-li kurs iki sənətin funksional birləşməsinə həsr olunub, eksteryer və interyer dizaynına, yəni memarlıq və dizayna.
Memarlıq incəsənət növü kimi incəsənətlə elmin qovuşuğunda yerləşir. Fizikanı, kimyanı və riyaziyyatı (xüsusən həndəsəni) bilmədən memar olmaq olmaz, amma bununla bərabər estetik hiss, görmək, hiss etmək, gözəlliyi anlamaq və yaratmaq ətrafdakı predmet və hadisələrdən gözəlliyi əxz etmək qabiliyyəti də olmalıdır.
Memarlığın incəsənət növü kimi xüsusiyyətləri:
- Maddi və mənəvi tərəfləri ilə memarlığın ikitərəfli vəhdəti, o, insanların həyatında həm estetik, həm də praktik funksiya daşıyır.
- Memarlıq incəsənət növü kimi statikdir, məkana aiddir, binanın interyer və eksteryerini eyni vaxtda görmək mümkün deyil.
- Tikintinin memarlığı iki “rəsmi ölçüyə” malikdir – daxili və xarici. Onların obrazları ümumi məntiqdə birləşir.
- Memarlıq ansambla meyil edir. Onun quruluşu həm kənd, həm də şəhər peyzajları ilə məharətlə uyğunlaşır.
- Memarlıq reallığı əks etdirmir, hansısa abstrakt ideyanın təzahürüdür.
- O, sosial mühitlə sıx bağlıdır, dövrü parlaq və qabarıq əks etdirir, eyni zamanda da onun tərzini yaradır.
Yaradıcı proses olaraq dizaynı aşağıdakılara bölmək olar:
- Bədii tərtibat – sırf estetik qavrama baxımından maddi dünyanın yaradılması (formanın xarici təzahürlər);
- Texniki estetika – bütün aspektlərin, ilk növbədə konstruktivliyin, funksionallığın, texniki məmulatın istehsalının, istismarının və utilizasiyasının asanlığının və s.-in nəzərə alındığı dizayn elmi.